Yüksək sürətin insan həyatı üçün təhlükəli olduğunu hamımız bilirik. Hələ futbolçu olasan, belə maşın idarə edəsən... Milli.Az xəbər verir ki, "qəhrəmanımız" "Neftçi" klubunun gənc oyunçusu, icarə əsasında "Kəpəz" klubunda top qovan, maşın "uçurdan" Vurğun Fərəczadədir.
Vurğunun nə az, nə çox - 21 yaşı var. 21 yaşında bahalı maşın sürmək, dəbdəbəli həyat keçirmək isə hər futbolçuya qismət olmur. Türkün sözü, "nərədən gəliyor bu deyirmanın suyu" demək istəyir adam. Şəkillərdən və videolardan da göründüyü kimi, Vurğun yüksək sürəti həddən artıq sevir. Görəsən, o, meydanda top qovarkən rəqibə qarşı da belə sürətlidirmi?! Əgər sürətli olsaydı, oyunlarda yüksək səviyyədə performans göstərsəydi, indi 1-ci diviziondakı "Kəpəz"in heyətində yox, məxsus olduğu "Neftçi"də oynayardı, fikrimizcə.
Əlqərəz, Vurğun Fərəczadə 150-160, hətta bəzi məqamlarda 190 km/saat sürət ilə maşına "işgəncə" verərək idarə edib. Təsadüfi deyil ki, Vurğun Qubadan Bakıya 40 dəqiqəyə çatıb. Buna irad bildirən digər sürət ustası, yenə "Neftçi" klubunun futbolçusu Araz Abdullayev həmkarını yüksək sürətdən yayınmağa çağırıb. Xatırladaq ki, Araz da iki qadını yüksək sürətlə idarə etdiyi maşınla vurmuşdu. Nəticədə qadınlardan biri vəfat etmişdi.
Vurğunun daha bir "qayda pozuntusu" isə onun zərərli maddələrdən istifadə edib, bədənini zəhərləməsidir. İdmançılara qadağan olunanlara məhəl qoymaraq, Vurğun qəlyan da çəkir. Bildiyimiz kimi, qəlyan da siqaret kimi, futbolçulara qadağan olunanlar sırasındadır.
Bütün bunların günahı kimdədir axı?! Vurğunun özündə?
Niyaməddin Şirinov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Videoları izləmək üçün şəkillərə klikləyin.
İdman
Azərbaycanlı futbolçunun meydandan kənardakı sürəti və özünü zəhərləməsi - VİDEO - FOTO
21 Oktyabr 2014 01:00
5 Şərh
Baxış: 5 444
DİGƏR XƏBƏRLƏR
- Yığmamız Avropa çempionatını 1 medalla başa vurub
- Elxan Məmmədov: “Zelimin döyüşündə yaşadığım stress uzun müddət mənlə qalacaq” - MÜSAHİBƏ
- 10 min metr məsafədədünya rekordu qırıldı
- Əfsanə vidalaşır: “Fənər”lə son matçına çıxacaq
- Yusif İmanov: “Sonluq yaxşı alındı”
- Lunyov Səudiyyə Ərəbistanına gedir?
XƏBƏR LENTİ
- Daha bir çayda suyun səviyyəsi artdı
- Cizgi filmi ilə həyatı dəyişən vunderkind: "Google"da işləyən azərbaycanlı ilə MÜSAHİBƏ - FOTO
- Qazaxın azad kəndlərinin bir addımlığında... - VİDEO
- Sabah Bakıda güclü külək olacaq
- Kalsium çatışmazlığını bunlarla aradan qaldırın
- Yığmamız Avropa çempionatını 1 medalla başa vurub
- Qəzzada ölənlərin sayı artdı
- Süni intellekt ən populyar axtarış sistemini "sındırdı"
- Elxan Məmmədov: “Zelimin döyüşündə yaşadığım stress uzun müddət mənlə qalacaq” - MÜSAHİBƏ
- Telefonun enerjisini uzun müddət saxlamağın 8 yolu
- Morqan xərçəngin qurbanı oldu
- 10 min metr məsafədədünya rekordu qırıldı
- 3 bürc üçün pul çay kimi axacaq – Bu gündən
- Əfsanə vidalaşır: “Fənər”lə son matçına çıxacaq
- Azərbaycanın bu ərazilərində subasma olacaq - XƏBƏRDARLIQ
- Yepiskop Baqrat Qalstanyan Ermənistanın Baş naziri olmaq istəyir
- Yusif İmanov: “Sonluq yaxşı alındı”
- Emildən 3-cü qızıyla bağlı paylaşım - FOTO
- Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir
- Putin dayanmır, müharibəyə hazırlaşmalıyıq - Leyen
- Əməkdar artist onkoloji xəstəliyə tutuldu
- ETSN: Çaylarda suyun səviyyəsi izlənilir
- "Yıxıldım, ayağımdan və başımdan travma aldım" - VİDEO
- Təbii fəlakə 670 nəfəri həyatına son qoydu