Ermənistan

Yepiskop Baqrat Qalstanyan Ermənistanın Baş naziri olmaq istəyir

26 May 2024 18:17
Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda müxalif "Tavuş Vətənin Uğrunda" Hərəkat Tavuş yeparxiyasının baş yepiskopu Baqrat Qalstanyanın Baş nazir postuna namizədliyini irəli sürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün İrəvanın Respublika meydanında keçirilən mitinqdə "Tavuş Vətənin Uğrunda" Hərəkatın liderlərindən olan Qurgen Melikyan bəyan edib.

Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, Baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu II Qaregin ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.

Baqrat Qalstanyan mitinqdən sonra Baş nazir Nikol Paşinyanla görüşməyi planlaşdırdığını söyləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.