İdman

Qvardiola: ""Tiki-taka"ya nifrət edirəm”

17 Oktyabr 2014 15:19
0 Şərh     Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Pep Qvardiola baş məşqçilik etdiyi "Bavariya"da ilk ili ilə bağlı kitab yazıb.
 

Milli.Az qol.az-a istinadən xəbər berir ki, jurnalist Marti Perarnaunun köməyi ilə hazırlanan kitabda təcrübəli mütəxəssis bir sıra maraqlı məqamlara toxunub.
 

Son zamanlar "Bavariya"da "tiki-taka" futbolu oynatdığı üçün tənqid edilən P.Qvardiola kitabında əksinə, bu oyun sistemini bəyənmədiyini yazıb: "Sözün əsl mənasında qısa ötürmələrlə oyuna nifrət edirəm. Topu özündə çox saxlamağın heç bir mənası yoxdur".
 

P.Qvardiola "Bavariya"da ilk günündə futbolçuları ilə olan söhbətinə də kitabında yer verib.

Qvardiola futbolçularına deyib: ""Tiki-taka" sisteminə nifrət edirəm, bunu yadınızda saxlayın! Bu, heç bir işə yaramayan oyun sistemidir. "Barselona"da da "tiki-taka" futbolu oynatmırdım. Bunu insanlar özlərindən uydururdular. Bütün idman növlərində rəqibi çətin vəziyyətdə qoymaq, onu yormaq önəmlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.