İdman

İsmayıl İsmayılov: "İdmançılarımızın qazandıqları uğurlar Azərbaycanın dünyada tanıdılmasında çox böyük əhəmiyyət kəsb edir"

12 Sentyabr 2012 10:09
Baxış: 1 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İdmançılarımızın qazandıqları uğurlar Azərbaycanın dünyada tanıdılmasında çox böyük əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

"Bütün Azərbaycan xalqını paralimpiyaçılarımızın qazandıqları uğurlar münasibətilə təbrik edirəm! İnanıram ki, növbəti Paralimpiya Oyunlarında idmançılarımızın uğurları daha böyük, medalların sayı daha çox olacaq. Dövlətimizin, xalqımızın onlara göstərdiyi etimadı layiqincə doğruldacaqlar", - İsmayılov bildirib.

Nazir müavini qeyd edib ki, dövlət başçısı İlham Əliyevin diqqəti və qayğısı sayəsində həm olimpiyaçılarımız, həm də paralimpiyaçılarımız olimpiadada Azərbaycanı layiqincə təmsil etdilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.