Prezident "Formula-1"lə bağlı Sərəncam imzaladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncamla, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:
- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
- 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited" Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.
2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
Tunel tikintisi küçəni dəyişib: Sakinlər 2 ildir avtobus gözləyir
-
Stadion ətrafında avtobuslarla bağlı qərar
-
Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi - (Video)
-
Prezident İlham Əliyev “Azərxalça” və “Azəripək”lə bağlı Fərman imzalayıb
-
Bakıda motosiklet və çanta oğurlayan şəxslər tutuldu
-
Zaurla Günayın canlı yayımda sözləri çəp gəldi - (Video)
-
Dənizkənarı Bulvar İdarəsi “Dənizkənarı Bulvar” QSC-yə çevriləcək
-
ABŞ onların başına 10 milyon dollar mükafat qoydu - Siyahı
-
Prezident "Formula-1"lə bağlı Sərəncam imzaladı
-
Hava limanında baqajları belə boşaldırlarmış - Ona görə çamadanlar qırılır - (Video)
-
Bakıda məşhur gecə klubunda yanğın - Yenilənib
-
Oğlu tələbə adını qazandı, Günəş vəfat edən ərini bu sözlərlə yada saldı - (Foto)
-
Murat ikinci dəfə ata oldu
-
Avqust ödənişləri tamamlandı - Pulunuz hesaba köçürüldü
-
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
-
Xalq artistindən qızı ilə bağlı paylaşım - (Fotolar)
-
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - (Foto)
-
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verdi - (Video)
-
Vüqar Biləcərinin atasından dostlarına sərt sözlər
-
“Fənərbağça”nın 4 futbolçusu “Lion”la matçda oynamayacaq
-
Elvin Cəfərquliyev əməliyyat olunacaq
-
Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
-
Temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq





