Hadisə

Toydan çıxıb qəzada ölən gənclərin son görüntüsü - (Foto-Video)

25 Avqust 2026 15:38
Baxış: 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, Goranboyda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən gənclərlə bağlı yeni görüntü yayılıb.

Milli.Az xəbər verir ki, rayonda "Mercedes", VAZ-2107 və "Prado" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər vəfat edib.

Qəza zamanı dünyasını dəyişən şəxslərin 2003-cü il təvəllüdlü Xəyyam Ələkbərov və 2004-cü il təvəllüdlü Aqşin İbrahimov olduğu bildirilib.

Məlumata görə, gənclər hadisədən əvvəl toy mərasimində iştirak edib və mərasimdən çıxdıqdan sonra qəzaya düşüblər.

Sosial şəbəkələrdə Xəyyam Ələkbərov və Aqşin İbrahimovun hadisədən əvvəl çəkdirdikləri son fotosu da yayılıb. Görüntü onların yaxınları və tanışları tərəfindən kədərlə qarşılanıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.