Şou-biznes

Oğlu tələbə adını qazandı, Günəş vəfat edən ərini bu sözlərlə yada saldı - (Foto)

25 Avqust 2026 16:30
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tanınmış aktrisa Günəş Teginin oğlu universitetə qəbul olunub.

Milli.Az xəbər verir ki, o, bu barədə sevincini izləyiciləri ilə bölüşüb.

Sənətçi həmçinin bir müddət öncə dünyasını dəyişən həyat yoldaşını yada salıb:

"Tələbə oğlum... Kaş ki bu sevinci tam yaşayaydıq. Kaş ki, Rasim, səninlə birgə qeyd edərdik. Sən ki bu qədər gözləyirdin, narahat idin. Desəm, eşidərsənmi? Oğlumuz qəbul oldu istədiyi yerə, istədiyi fakültəyə... Bütün tələbə adı qazanan şagirdləri təbrik edirəm.  Yolunuz, zehniniz açıq olsun!".

Xatırladaq ki, Günəş Teginin həyat yoldaşı Rasim Mehdiyev bu ilin mayında böyrək çatışmazlığından vəfat etmişdi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.