Tanınmış aktrisa Günəş Teginin oğlu universitetə qəbul olunub.
Milli.Az xəbər verir ki, o, bu barədə sevincini izləyiciləri ilə bölüşüb.
Sənətçi həmçinin bir müddət öncə dünyasını dəyişən həyat yoldaşını yada salıb:
"Tələbə oğlum... Kaş ki bu sevinci tam yaşayaydıq. Kaş ki, Rasim, səninlə birgə qeyd edərdik. Sən ki bu qədər gözləyirdin, narahat idin. Desəm, eşidərsənmi? Oğlumuz qəbul oldu istədiyi yerə, istədiyi fakültəyə... Bütün tələbə adı qazanan şagirdləri təbrik edirəm. Yolunuz, zehniniz açıq olsun!".
Xatırladaq ki, Günəş Teginin həyat yoldaşı Rasim Mehdiyev bu ilin mayında böyrək çatışmazlığından vəfat etmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)