Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 30-dan noyabrın 1-dək Bakı artıq ikinci dəfə "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalına ev sahibliyi edəcək. Üç gün ərzində şəhərin mədəni və memarlıq məkanlarını vahid yaradıcı platformada birləşdirən festival müasir incəsənət, mədəni irs, performans, musiqi, təhsil və immersiv təcrübələri bir araya gətirəcək.
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə baş tutacaq üçgünlük incəsənət festivalının ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır.
"Art Weekend 2026"nın əsas mövzusu Qafqazın təbii irsi və Azərbaycanın "Böyük Beşliyi" hesab olunan ceyran, Qafqaz bəbiri, qonur ayı, boz canavar və imperator qartalıdır. "Böyük Beşlik" festivalın bədii proqramının əsas simvollarına çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradacaq.
Qeyd edək ki, mövzu IDEA İctimai Birliyinin "Qafqazın Böyük Beşliyi" (Big Five of the Caucasus) təşəbbüsünə əsaslanır.
"Fly to Baku. Art Weekend. Sense the Future NOW" şüarı ilə keçiriləcək festival bu il də Bakını fərqli rakursdan kəşf etməyə imkan verəcək. Festivalın konsepsiyasında şəhərin özü də yaradıcı təcrübənin bir hissəsinə çevrilir: tamaşaçılar muzeylər, tarixi məkanlar, memarlıq abidələri, qalereyalar və müstəqil yaradıcılıq məkanları arasında hərəkət edərək Bakını incəsənət vasitəsilə yenidən kəşf edəcəklər. Üç gün ərzində Bakının bir çox simvolik məkanları - Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, İçərişəhər, Şirvanşahlar Sarayı, Dənizkənarı Milli Park, Milli İncəsənət Muzeyi və şəhərdə fəaliyyət göstərən müxtəlif qalereyalar - təsviri incəsənət, performans, musiqi, poeziya və immersiv texnologiyaları əhatə edən çoxşaxəli proqramlarla canlanacaq.
Festival proqramında azərbaycanlı və beynəlxalq sənətçilərin iştirakı ilə müxtəlif istiqamətləri əhatə edən layihələr təqdim olunacaq. Proqramın əsas ekspozisiyaları sırasında Aydan Salahovanın yaddaş, mifologiya və qadınlıq mövzularını araşdıran multidisiplinar sərgisi, Mikelancelo Pistolettonun "Əbədiyyət güzgüsü" (Mirror of Eternity) layihəsi, tamaşaçıları cəmiyyət, bərabərlik və gələcək haqqında düşünməyə dəvət edən Cudi Çikaqonun "Qadınlar dünyanı idarə etsəydilər" (What if Women Ruled the World) sərgisi, seçilmiş azərbaycanlı müasir rəssamların Heydər Əliyev Mərkəzində təbiətin qorunması, biomüxtəliflik, mədəni yaddaş və insanın gələcək nəsillər qarşısındakı məsuliyyəti mövzularını əhatə edən "Təbiət danışanda: varislər" adlı sərgisi və memarlıqdakı naxışların sonsuzluq ideyasını və müasir abstrakt sənətdə təkrarın fəlsəfi mənasını araşdıran çinli rəssam Canq Cinin "Sonsuz toxuma" adlı sərgisi yer alır.
Proqramın digər mühüm istiqamətlərindən biri "Baku Steel Art 2026 - The Big Five" beynəlxalq polad heykəltaraşlıq simpoziumudur. Layihə çərçivəsində müxtəlif ölkələrdən sənətçilər Qafqazın vəhşi təbiətindən ilhamlanan monumental incəsənət əsərləri yaratmaq üçün bir araya gələcəklər. "Art Weekend 2026" proqramına, həmçinin Faiq Əhməd, Fərid Rəsulov, Elvin Nəbizadə, "DanceAbility Azerbaijan", "Fluxus Space", "Atəş Hub" və digər yaradıcı şəxslərin və kollektivlərin layihələri daxildir.
Xatırladaq ki, keçən il baş tutan və Bakıda yeni mədəni platformanın formalaşdığını təsdiq edən "Art Weekend 2025" çərçivəsində 9 694 qonaq qeydiyyatdan keçib, 29 500-dən çox giriş qeydə alınıb və 40-dan çox multidisiplinar proqram tamaşaçıların diqqətinə çatdırılıb. Üç gün ərzində şəhərin müxtəlif məkanlarında təşkil olunan proqram müasir incəsənəti, performansı, musiqini, ədəbiyyatı, təhsili və immersiv təcrübələri geniş auditoriya üçün əlçatan edib.
30 oktyabr - 1 noyabr 2026-cı il tarixlərində keçiriləcək "Art Weekend" Bakını incəsənət, mədəniyyət və yeni ideyaların qlobal görüş nöqtəsinə çevirməyi hədəfləyir. Festival tamaşaçıları yalnız incəsənətlə tanış olmağa deyil, həm də Bakını yeni gözlərlə kəşf etməyə dəvət edir. Festivalda iştirak üçün qeydiyyat həm tətbiq, həm də rəsmi sayt üzərindən mümkün olacaq.
Ətraflı məlumat: bakuartweekend.az
İnstaqram: @bakuartweekend
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
-
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
-
Nazirlik Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yaydı
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
XƏBƏR LENTİ
-
Murat ikinci dəfə ata oldu
-
Avqust ödənişləri tamamlandı - Pulunuz hesaba köçürüldü
-
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
-
Xalq artistindən qızı ilə bağlı paylaşım - (Fotolar)
-
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - (Foto)
-
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verdi - (Video)
-
Vüqar Biləcərinin atasından dostlarına sərt sözlər
-
“Fənərbağça”nın 4 futbolçusu “Lion”la matçda oynamayacaq
-
Elvin Cəfərquliyev əməliyyat olunacaq
-
Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
-
Temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
-
Toydan çıxıb qəzada ölən gənclərin son görüntüsü - (Foto-Video)
-
Nikahı rəsmiləşdirilməyən qadınların 11 mindən çox uşağı olub
-
Xalq artisti başqa xəstəxanaya köçürüldü
-
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib
-
158 kq uyğunsuz dondurma məhv edilib
-
Məzun olma xəbərini anasına çatdırmaq üçün məzarına getdi – Kövrəldən görüntülər - (Video)
-
“Tanrının əli” ilə qol vurulan o top 3,3 milyona satıldı
-
Əkiz bacılar bir-birindən ayrılmadı - Universitetdə də eyni ixtisas
-
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - (Yenilənib)
-
Serj Sarkisyana da cinayət işi açıldı
-
Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Bakı–Ağstafa qatarlarında yenilik
-
Erlinq Haaland tanınmaz halda - (Foto-Video)





