Elvin Cəfərquliyev əməliyyat olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pedro Bikalyonun zədəsi tam sağalıb. Futbolçu artıq komanda ilə məşqlərə qoşulub.
Milli.Az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Renaldo Sefasın müalicəsi davam edir. Futbolçunun bərpa prosesində müsbət dinamika müşahidə olunur və onun "Tvente" ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer almaq ehtimalı var. Sefasın qarşılaşmada meydana çıxması ilə bağlı yekun qərar isə futbolçunun son vəziyyəti nəzərə alınmaqla veriləcək.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən Elvin Cəfərquliyev əməliyyat olunacaq. Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun klinik müayinəsi və maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticələrinə əsasən, sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələnin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.
İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib.
İlkin proqnoza əsasən, Elvin Cəfərquliyevin tam bərpası və futbol fəaliyyətinə qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.
Zakaria Savonun bərpa prosesi isə davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hava limanında baqajları belə boşaldırlarmış - Ona görə çamadanlar qırılır - (Video)
-
Bakıda məşhur gecə klubunda yanğın - Yenilənib
-
Oğlu tələbə adını qazandı, Günəş vəfat edən ərini bu sözlərlə yada saldı - (Foto)
-
Murat ikinci dəfə ata oldu
-
Avqust ödənişləri tamamlandı - Pulunuz hesaba köçürüldü
-
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
-
Xalq artistindən qızı ilə bağlı paylaşım - (Fotolar)
-
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - (Foto)
-
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verdi - (Video)
-
Vüqar Biləcərinin atasından dostlarına sərt sözlər
-
“Fənərbağça”nın 4 futbolçusu “Lion”la matçda oynamayacaq
-
Elvin Cəfərquliyev əməliyyat olunacaq
-
Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
-
Temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
-
Toydan çıxıb qəzada ölən gənclərin son görüntüsü - (Foto-Video)
-
Nikahı rəsmiləşdirilməyən qadınların 11 mindən çox uşağı olub
-
Xalq artisti başqa xəstəxanaya köçürüldü
-
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib
-
158 kq uyğunsuz dondurma məhv edilib
-
Məzun olma xəbərini anasına çatdırmaq üçün məzarına getdi – Kövrəldən görüntülər - (Video)
-
“Tanrının əli” ilə qol vurulan o top 3,3 milyona satıldı
-
Əkiz bacılar bir-birindən ayrılmadı - Universitetdə də eyni ixtisas
-
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - (Yenilənib)
-
Serj Sarkisyana da cinayət işi açıldı





