“Tanrının əli” ilə qol vurulan o top 3,3 milyona satıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1986-cı il dünya çempionatının ən məşhur anlarından birinə şahidlik edən futbol topu hərracda 3,3 milyon dollara satılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhz bu topla Dieqo Maradona İngiltərə ilə qarşılaşmada məşhur "Tanrının əli" qolunu vurub.
Argentina həmin matçda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Maradona qol zamanı topu əli ilə İngiltərə qapıçısı Piter Şiltonun üzərindən tora göndərmişdi. Qarşılaşmadan sonra argentinalı ulduz qol haqqında "bir az Maradonanın başı, bir az da Tanrının əli" ifadəsini işlətmişdi.
Həmin oyunda Maradona daha bir möhtəşəm qola imza atmışdı. O, bir neçə ingilis futbolçunu və Şiltonu keçərək vurduğu qolla sonradan "Əsrin qolu" adlandırılan epizodu yaratmışdı.
ABŞ-də "Heritage Auctions" tərəfindən təşkil olunan hərracda satılan topun əvvəlcədən təxminən 10 milyon dollar dəyərində olacağı proqnozlaşdırılırdı.
Hərrac evinin eksperti Mayk Provenzale topun futbol tarixinin ən əhəmiyyətli əşyalarından biri olduğunu bildirib.
Matçın tunisli hakimi Əli Bin Nasir qarşılaşmadan sonra "Adidas Azteca" topunu özü ilə apararaq 30 ildən çox saxlayıb. Bin Nasir 2023-cü ildə imzaladığı sənədlə topun həmin oyunda istifadə edilən top olduğunu təsdiqləyib. Bu məlumat müstəqil yoxlamalarla da təsdiqlənib.
Bin Nasir topu ilk dəfə 2022-ci ildə 2,37 milyon dollara satmışdı. Lakin yeni sahibinin 2023-cü ildə keçirdiyi təkrar hərracda təkliflər müəyyən edilmiş minimum qiymətə çatmadığından satış baş tutmamışdı.
Qeyd edək ki, Maradonanın həmin qarşılaşmada geyindiyi forma da 2022-ci ildə hərracda 7,1 milyon funt-sterlinqə satılmışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
İtaliya Fransanı məğlub edərək qrup liderliyinə yüksəldi
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
XƏBƏR LENTİ
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı
-
Pensiyalar ödənildi
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
Mağazada bu hallara yol verənlər 6 min manat cərimələnə bilər
-
Nazirin üstünə qışqıran hərbçiyə medal verildi
-
Azərbaycanda yeni güzəştli mənzillər satışa çıxarılır - Tarix
-
Paytaxtın 12 küçəsində tıxac var
-
İtaliya Fransanı məğlub edərək qrup liderliyinə yüksəldi
-
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
-
Üçüncü dünya müharibəsi nə vaxt başlaya bilər: Süni intellekt açıqladı
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)





