Hadisə

Bakıda motosiklet və çanta oğurlayan şəxslər tutuldu

25 Avqust 2026 17:00
Baxış: 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda motosiklet və çanta oğurluğu ilə bağlı iki nəfər saxlanılıb.

Milli.Az xəbər verir ki, Binəqədi rayon sakini polisə müraciət edərək 2 000 manat dəyərində motosikletinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən N. Əliyev saxlanılıb.

Digər hadisə isə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, zərərçəkən şəxs polisə müraciət edərək içərisində nağd pul, bank kartları və şəxsi sənədləri olan çantasının oğurlandığını bildirib.

Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Əliyev də saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.