Qurban Qurbanovun biznes "İMPERİYASI": Görün nələri var...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan futbolunun ən tanınan siması Qurban Qurbanov uzun illərdir təkcə meydandakı nəticələri ilə deyil, şəxsi nüfuzu, qazancı və biznes fəaliyyəti ilə diqqət mərkəzindədir.
Milli.Az xəbər verir ki, "Qarabağ"ın uğurlarının memarı kimi tanınan təcrübəli mütəxəssis son illərdə əsas işindən kənarda ciddi kommersiya şəbəkəsi formalaşdırmağa başlayıb.
Son olaraq ona məxsus "BMV Box" adlı mağazanın açılması Qurbanovun biznes fəaliyyətinin miqyasını yenidən müzakirəyə çıxarıb.
Yeni mağazada BMV markalı avtomobillər üçün aksesuar və ehtiyat hissələrinin satışı həyata keçiriləcək.
Açılış mərasimində "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov, Qurbanovun köməkçisi Elçin Rəhmanov və sabiq dünya çempionu Hacı Əliyev kimi tanınmış simaların iştirakı edib.
Bu nəyi göstərir?
Birmənalı olaraq Qurban Qurbanov artıq yalnız futbol adamı deyil, həm də iş dünyasında tanınma istəyindədir.
Əslində, onun biznes fəaliyyəti yeni deyil. Bir müddət əvvəl məlum olmuşdu ki, Qurban Qurbanov idman geyimləri sektoruna da daxil olub. Ona məxsus şirkət "Adidas", "Joma" və "Jako" kimi məşhur idman brendlərinin Azərbaycandakı rəsmi distribütorlarından biri kimi fəaliyyət göstərməyə başlayıb.
Şirkət artıq yerli futbol klubları ilə əməkdaşlıq edir. "Zirə", "Turan Tovuz" və "Şəfa" klublarının forma və idman dəstlərini məhz Qurbanovun şirkətindən sifariş etdiyi bildirilir.
Mediada müzakirə doğuran məqamlardan biri isə "Şəfa" klubuna edilən jest olmuşdu. "Jako" formalarının çatdırılması gecikdiyi üçün şirkət müvəqqəti olaraq anbarda olan "Adidas" formalarını kluba təqdim etmişdi.
Məhz bu məqam Qurban Qurbanovun biznes modelində münasibətlərə və reputasiyaya xüsusi önəm verməsi kimi qiymətləndirilmişdi.
Qurban Qurbanovun maddi imkanları ilə bağlı rəqəmlər də illərdir ictimai maraq doğurur. Açıq mənbələrdə yer alan məlumatlara görə, o, "Qarabağ"dakı fəaliyyətinə görə aylıq təxminən 50 min avro maaş alır. Bu, illik hesabla 1 milyon manatdan çox gəlir deməkdir və Azərbaycan reallığında bu məbləğ kifayət qədər yüksək göstərici sayılır.
Maraqlıdır ki, milyonluq müqavilələrin sahibi olan Qurbanov özü dəfələrlə kasıb dövrlərini yada salıb. Baş məşqçi müsahibələrinin birində ilk qazancından danışarkən belə demişdi:
"17 yaşım vardı, səhv etmirəmsə, bəlkə də 16. 70 manat maaş almışdım. Zaqatala bazarında evə 40 manatlıq bazarlıq etmişdim".
Bu sitat onun ictimai obrazında xüsusi yer tutur. Böyük gəlirlərinə baxmayaraq, mediada onun dəbdəbəli həyat nümayiş etdirməməsi də tez-tez vurğulanır.
Qurbanovun ailə və qohumluq əlaqələri də zaman-zaman gündəmə gəlib. Təcrübəli mütəxəssis "Qoç Ət" restoranlar şəbəkəsinin sahibi olan iş adamı (Sənan) ilə quda olub.
Qurban Qurbanov haqqında danışılan ən çox müzakirə olunan məsələlərdən biri isə onun AFFA ilə bağlı qərarıdır. Milli komandadan ayrıldığı dönəmdə ona, müqaviləyə əsasən, 2 milyon manat təzminat ödənilməli idi. AFFA rəhbərliyi həmin məbləği verməyə hazır olduğu bildirilsə də, Qurban Qurbanov bu vəsaitdən imtina etmişdi. Çoxları bunu onun prinsipial mövqeyi kimi qiymətləndirmişdi.
Bu gün Qurban Qurbanovun fəaliyyəti artıq yalnız məşqçiliklə məhdudlaşmır. Futbol akademiyalarından idman geyimlərinə, avtomobil aksesuarlarından biznes əlaqələrinə qədər uzanan geniş bir fəaliyyət dairəsi formalaşır. /Yeni Sabah
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
“Fənərbağça”dan Messiyə gözlənilməz təklif
-
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
"Milan" və "İnter"in yeni stadionunun adı bəlli oldu - (Foto)
-
TFF-dən "Fənərbağça" və "Qalatasaray"ın futbolçusuna ağır cəza
-
Ronaldo het-trik edərək 1000 qola yaxınlaşdı
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub - Sərəncam
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub - (Yenilənib)
-
30 həşərata 22,7 min manat ödənildi - Ölkəmizə gətirilmə səbəbi açıqlandı
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)
-
Fransada komendant saatı elan edildi
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
-
Şəhid Raqif İsayevin anası vəfat etdi
-
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
-
Rusiyada siçan qızdırması yayılır: 1500-dən çox yoluxma qeydə alındı
-
Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin müavini ilə ikitərəfli görüş keçirilib - (Foto)
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
-
Bakıda 55 min manata yaxın dələduzluq - Saxlanılan var
-
Ermənistan yanacağı hansı ölkələrdən gətirir?
-
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
-
İsrail 450 gün sonra jurnalisti azad etməyə məcbur oldu
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Atasının ölümündən sonra bu fotonu paylaşdı





