İdman

"Qarabağ"ın futbolçusuna 2 oyunluq CƏZA

18 Fevral 2026 14:52
Baxış: 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Kadi Borges iki oyunluq cəzalanıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna braziliyalı yarımmüdafiəçinin Misli Premyer Liqasının XX turunda "İmişli" ilə oyunda birbaşa qırmızı vərəqə alması səbəb olub. "Köhlən atlar" ciddi qayda pozuntusu edən oyunçuya görə 1000 manat ödəməli olacaq.

"İmişli"nin legioneri Dioqo Almeyda hakimin qərarına etiraz etdikdən sonra ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir matçlıq cəza ilə üzləşib. Bölgə təmsilçisi 2500 manat cərimələnib. Klub qarşılaşmanın fasiləsində meydana kənar şəxsin daxil olması ucbatından 2500 manat ziyana düşüb.

Görüşün sonlarında Ağdam klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu, cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə "Qarabağ" 6000 manat ödəyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.