Ölkə

Dövlət Xor Kapellasının dirijoru Gülbacı İmanovanın yubileyi və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunmuş konsert – FOTO

18 Fevral 2026 16:17
Baxış: 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Xor Kapellasının dirijoru Gülbacı İmanovanın yubileyi və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.

Təntənəli gecədə Azərbaycan musiqisinin tanınmış ifaçıları, vokalçılar, instrumental ifaçılar, Azərbaycan Dövlət Xor Kapellası və F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor kollektivi (xormeyster Naala Baratelia) çıxış edərək zəngin və rəngarəng proqramla dinləyicilər qarşısında çıxış ediblər. Konsert boyu klassik opera nümunələri, muğam parçaları, xalq və estrada mahnıları səsləndirilib.

Konsertdə Alim Qasımov (xanəndə), Azər Zeynalov (tenor), İlham Nəzərov (kontratenor), Adil Axundov (tenor), Gülnaz İsmayılova (soprano), Səbinə Əsədova (soprano), Elnur Hüseynov (tenor), Nigar  Əsgərova (soprano), Leyla Muradzadə (soprano), Kamilla İmanova (soprano), Nuray İsmayılova (soprano), Anton Ferştandt (bariton), Talıb İsgəndərli (bariton), Ərəstun Quliyev (tenor), Nərmin Abdullayeva (soprano), Günel Əsədova (soprano), Şəhriyar İmanov (tar), Xəyyam Məmmədov (kamança), Səidə Tağızadə (piano) və Afaq Bəşirqızı çıxış ediblər. Proqramda "Bayatı-Şiraz" muğamı, G.Bizet "Pert gözəli" operasından Smitin serenadası, "Karmen" operasından "Habanera", G.Rossini "Pişiklərin triosu", F.

Əmirov "Sevil" operasından "Dilbərin mahnısı", V.Mustafazadə "Düşüncə", M.Maqomayev "Odlar yurdu", L.Delibes "Bolero", G.F.Handel "Məsih" oratoriyasından "Allelujah", F.Sartori "Time to say goodbye" əsərləri və Azərbaycan Xalq mahnıları - "Dedim bir busə ver", "Ay qadası", "Gözəlim sənsən" səslənib.

Gecə ərzində yubilyara təbriklər səsləndirilib, dirijor Gülbacı İmanovanın Azərbaycan xor sənətinin inkişafındakı xidmətləri xüsusi vurğulanıb, ona sənət dostları və kollektivlər tərəfindən səmimi təbriklər və xoş arzular ünvanlanıb. Konsert musiqisevərlər tərəfindən böyük alqışlarla yekunlaşıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.