İdman

“10 qat aşağı büdcə ilə buralara gəlib çatmışıq” - Tahir Gözəl

17 Fevral 2026 20:13
Baxış: 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz bu gün haradayıq, bunu idrak etməliyik. Avropa superliqalarında oynayan 850 klub var ki, onların hamısının büdcəsi bizdən artıqdır. Lakin bu nəticələrə görə biz 2000-2500 komanda arasında ilk 24-lükdəyik".

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib:

"Biz isə 10 qat aşağı büdcə ilə buralara gəlib çatmışıq. Bu hamımıza möhtəşəm qürur və özünəinam verir. Son vaxtlar "Qarabağ"ın ağır qrafiki var idi. Şamaxıda qarda, Qubada palçığın içində oyunlarımız oldu. Amma indi görürəm ki, futbolçularda özünəinam var. "Qarabağ" sabahkı oyunun önəmini bilir və əminəm ki, futbolçularımız özlərində ilahi güc tapacaqlar. Necə ki, "Ayntraxt"la oyunda bunu etdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.