İdman

"Barselona" azərbaycanlı qolkiperini icarəyə yolladı

12 Fevral 2026 23:39
Baxış: 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" futbol klubunun B komandasının şərəfini qoruyan istedadlı azərbaycanlı qapıçı Eldar Tağızadə karyerasında yeni səhifə açaraq icarəyə yollanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı qolkiper mövsümün qalan hissəsini Sloveniya çempionatında keçirəcək və "Kety Bistrica" klubunun uğurları üçün çalışacaq.

Gənc qapıçı öz seçimini əsaslandırarkən bu ölkənin zəngin qapıçı ənənələrinə diqqət çəkib:

"Mən Sloveniyanı seçdim, çünki dünyanın ən yaxşıları arasında olan Samir Handanoviç və Yan Oblak kimi qapıçıları izləyirəm. Mən, həmçinin Sloveniya qapıçı məktəbini çox bəyənirəm. Artıq İspaniya və Fransada oynamışam, fərqli məşq yanaşmalarını bilirəm və burada hələ də inkişaf edə biləcəyimi hiss edirəm. Mən Sloveniyanı bir ölkə və futbol mühiti kimi çox bəyənirəm".

Xatırladaq ki, Eldar Tağızadə 2024-cü ildə Kataloniya nəhənginin əvəzedici heyəti olan "Barselona Atletik"ə transfer olunub. Perspektivli qapıçı ilə imzalanmış müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub. "Neftçi" futbol məktəbinin yetirməsi olan Eldar bundan əvvəl "Klermon" U-19, "Luqo" və "Tudelano" kimi klublarda təcrübə toplayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.