İdman

Nəriman Axundzadə bu tarixdə ABŞ-yə yollanacaq

12 Fevral 2026 14:08
Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin iki həftədən sonra ABŞ-yə yollanacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə "Report"a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov açıqlama verib.

O, forvardın viza işləri tamamlanan kimi sözügedən ölkəyə gedəcəyini söyləyib:

"Bu proses təxminən 2 həftə çəkəcək. Nərimanla iki ildən çoxdur ki, işləyirik. ABŞ klubuna transferində də yaxından iştirak etmişəm. "Kolambus Kryu" ilə danışıqlar bir ay davam edib".

T.Əsgərov yığma üzvünün daha məşhur komandaya keçmək perspektivi barədə isə bunları söyləyib:

"Ümumiyyətlə, belə proqnozlar verməyi xoşlamıram. Bu, bəzi məsələlərdən asılıdır. Gələcəkdə çox şey ola bilər. Necə olacağını birlikdə görəcəyik".

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi N.Axundzadə üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.