İdman

"Barselona"da ciddi itki

12 Fevral 2026 09:05
Baxış: 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" ciddi itki ilə üzləşib.

Milli.Az xəbər verir ki, komandanın hücumçusu Markus Reşford İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Atletiko"ya qarşı keçiriləcək qarşılaşmada iştirak etməyəcək.

Bu barədə məlumatı Kataloniya təmsilçisinin mətbuat xidməti yayıb. Açıqlamada bildirilib ki, ingilis futbolçu aldığı zədə səbəbindən heyətə daxil edilməyəcək.

Qeyd edək ki, yarımfinal görüşü fevralın 12-də Madriddə baş tutacaq.

Xatırladaq ki, Reşford zədəni La Liqanın son turunda "Malyorka" ilə keçirilən və "Barselona"nın 3:0 hesablı qələbəsi ilə başa çatan matçda alıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.