İdman

“Nyukasl”dan azarkeşlərinə Şəhidlər xiyabanı və orucluqla bağlı MÜRACİƏT - FOTO

11 Fevral 2026 17:07
Baxış: 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Nyukasl" klubu Çempionlar Liqasının pley-off mərhələsində  "Qarabağ"la oyun üçün Bakıya səfər edəcək azarkeşlərinə müraciət edib. 

Milli.Az xəbər verir ki, müraciətdə paytaxtımız barədə məlumat verilib. 

"Azərbaycanda Ramazan ayı 17 fevral axşamı başlayacaq və oruc 18 fevral sübh vaxtından etibarən tutulacaq. Yerli əhali və mədəniyyətə hörmətlə yanaşmağınız vacibdir.

Tarixi və memorial yerlərdə davranışınıza diqqət edin. Şəhidlər xiyabanı xüsusilə həssas məkandır və hörmətsiz davranış polis müdaxiləsinə səbəb ola bilər".

Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu isə fevralın 24-ü Nyukasl şəhərində baş tutacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.