İdman

Nərimanın maaşı AÇIQLANDI - Milyonçu olacaq

11 Fevral 2026 11:13
Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin ABŞ-ın MLS liqasında çıxış edən "Kolumbus Kru"ya transferi rəsmiləşib.

Ohayo təmsilçisi 22 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Nəriman ilk mövsümdə 1 milyon dollar maaş alacaq. Növbəti mövsümlərdə isə bu rəqəm bir qədər də artacaq.

Müqayisə üçün deyək ki, bu, onun "Qarabağ"da aldığı əməkhaqqıdan kifayət qədər çoxdur. Nərimanın burada aylıq 12 min manat maaş alırdı.

Qeyd edək ki, məşhur "Transfermarkt" saytı ABŞ klubunun Axundzadəyə görə "Qarabağ"a 2,5 milyon avro ödədiyini açıqlayıb.

Milli.Az 
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.