İdman

"Real Madrid"də Arbeloanın göndərmək istədiyi futbolçu bəlli oldu - FOTO

10 Fevral 2026 22:01
Baxış: 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid" baş məşqçisi Alvaro Arbeloa ulduz futbolçunu komandadan göndərmək istəyir. 

Milli.Az xəbər verir ki, o, klub rəhbərliyinə yay transfer dönəmində Eduardo Kamavinqanın satılmasını nəzərdən keçirməyi tövsiyə edib.

İspaniyalı mütəxəssis fransalı yarımmüdafiəçinin son çıxışlarından narahatdır və onu mövsümün qalan hissəsi üçün planlarına daxil etmədiyi bildirilir. Kamavinqanın əsasən ehtiyat oyunçu kimi nəzərdə tutulması Arbeloanı qane etmir.

Transfer üçün təxminən 70 milyon avro məbləğ səsləndirilir. "Liverpul" və digər aparıcı Avropa klublarının futbolçunun vəziyyətini yaxından izlədiyi qeyd olunur.

Arbeloanın mövqeyi Kamavinqa üçün yayda böyük transferin yolunu aça bilər. (Offsideplus.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.