Bu gün Misli Premyer Liqasının 19-cu turunda keçiriləcək "Şamaxı" - "Qarabağ" oyunundan öncə çətin vəziyyət yaranıb.
Milli.Az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Şamaxı Şəhər Stadionuna qar yağıb.
Stadionun ot örtüyü tamamilə qarın altında qalıb. Hazırda təmizlik işləri getsə də, qar yağmağa davam edir.
Matçın təxirə salınmaq ehtimalı var.
Milli.Az





