"Qarabağ"ın oyununun saatı dəyişdi - YENİLƏNİB

10 Fevral 2026 14:22

Güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turunda keçirilməli olan "Şamaxı" - "Qarabağ" oyununun başlama saatı dəyişilib.

Milli.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.

Milli.Az

_______________

Saat - 12:08

Bu gün Misli Premyer Liqasının 19-cu turunda keçiriləcək "Şamaxı" - "Qarabağ" oyunundan öncə çətin vəziyyət yaranıb.

Milli.Az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Şamaxı Şəhər Stadionuna qar yağıb.

Stadionun ot örtüyü tamamilə qarın altında qalıb. Hazırda təmizlik işləri getsə də, qar yağmağa davam edir. 

Matçın təxirə salınmaq ehtimalı var. 

Milli.Az