İdman

"Qarabağ" Polşa klubu üzərində qələbə qazandı

16 Yanvar 2026 21:45
Baxış: 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" futbol klubu növbəti yoxlama oyununda da qələbə qazanıb.

Milli.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşanın "Zaqlembe" komandasına qalib gəlib - 3:1.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqləniblər.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib, Xorvatiyanın "Osiyek" kollektivini 3:1 hesabı ilə məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.