İdman

“Çox təkəbbürlüdür” - Ronaldo Ronaldo haqda

12 Noyabr 2025 00:45
Baxış: 364
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İnter"in, "Real Madrid"in və Braziliya millisinin sabiq hücumçusu Ronaldo "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonu tənqid edib.

Milli.Az xəbər verir ki, "Bəzi insanlar çox təkəbbürlüdür. Özüm haqqında danışmağıma yox, başqalarının mənim haqqımda danışmasına üstünlük verirəm. O, tarixin ən yaxşı oyunçularından biridir, amma o, ən yaxşısıdır? Razı deyiləm. Amma onun fikrinə hörmət edirəm. Hətta deyərdim ki, Kriştiano ilk onluqdadır", - o, bildirib.

Qeyd edək ki, Kristiano Ronaldo beşqat "Qızıl top"un qalibi və 2016-cı ilin Avropa çempionudur. Bu mövsüm portuqaliyalı bütün turnirlərdə klub üçün 11 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.