Limassolda keçmiş klub prezidenti Stavros Demostenous güllələnərək qətlə yetirilib.
Milli.Az xəbər verir ki, Kipr futbolunun və işgüzar dairələrinin tanınmış simalarından biri, Limassolun keçmiş klub prezidenti və lüks avtomobil satıcısı Stavros Demostenous cümə günü səhər saatlarında silahlı hücum nəticəsində öldürülüb.
49 yaşlı Demostenousa motosiklet sürən silahlı şəxs Limassol şossesində Rolls-Royce Wraith markalı avtomobilinin içində olarkən atəş açıb. Polis hadisə yerini mühasirəyə alıb, məhkəmə-tibbi ekspertiza aparılır.
Hücumun məqsədyönlü olduğu təsdiqlənib, istintaq davam edir.
Qeyd edək ki, Demostenous əvvəllər Karmiotissa və Aris futbol klublarının prezidenti olub, həmçinin Kipr Futbol Federasiyasının rəhbərliyində dəyişikliklər zamanı adını gündəmə gətirmişdi.
Fidan
Milli.Az