Dünya

AK Rusiyanın aktivlərindən Kiyevə 25 milyard ayıracaq

17 Oktyabr 2025 22:07
Baxış: 433
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa Komissiyası (AK) Rusiyanın dondurulmuş şəxsi aktivlərindən istifadə edərək Ukraynaya əlavə 25 milyard avro təzminat krediti ayırmağı planlaşdırır. Bu vəsait sentyabrda vəd edilən 140 milyard avroluq təzminata əlavə olacaq.

Milli.Az xəbər verir ki, AK ilin sonuna qədər Rusiya aktivlərinin ekspropriasiyasını həyata keçirməyi düşünür. Komissiya kreditin Avropa İttifaqında dondurulmuş digər Rusiya aktivlərinə şamil edilə biləcəyini araşdırır, lakin bunun qanuniliyi hələ tam öyrənilməyib.

Məsələ noyabrda Aİ maliyyə nazirlərinin görüşündə müzakirəyə çıxarılacaq.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.