İdman

"Formula-2" kateqoriyasında sıralama turu başa çatdı - YENİLƏNİB

19 Sentyabr 2025 15:27
Baxış: 335
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

15:27

"Formula-2" kateqoriyasında sıralama turu başa çatıb.

Milli.Az xəbər verir ki, ən yaxşı nəticəni DANS komandasının üzvü Cek Krouford göstərib.

Onun ardınca "Invicta racing" komandasının üzvü Leonardo Farnaroli ikinci, "Prema racing" komandasının üzvü Qabriel Mini isə üçüncü gəlib

14:56

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində qəza baş verib.

Milli.Az xəbər verir ki, yarış dayandırılıb və qırmızı bayraq qaldırılıb.

"Rodin Motorsport"dan Amaury Kordeelin idarə etdiyi bolid baryerə dəyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

14:01

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu start götürüb.

Milli.Az xəbər verir ki, mübarizə saat 14:00-da başlayıb.

Bu gün ikinci dərəcəli pilotların sərbəst yürüşündə ən yaxşı nəticəni "Rodin Motorsport" komandasından Aleks Dann göstərib.

Xatırladaq ki, bu gün saat 16:00-da Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də yekunlaşacaq.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.