Türkanı qətlə yetirən əri cəzasını Türkiyədə çəkmək istəyir? - Rəsmi cavab
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Plastik cərrah Türkan Gündüzü xüsusi amansızlıqla qətlə yetirən əri, Türkiyə vətəndaşı Muhammet Gündüz ölkəsinə verilməsini istəyir.
Mərhumun anası Sevda Hacıyeva bu iddia ilə "Qafqazinfo"ya müraciət edib.
Ananın sözlərinə görə, keçmiş kürəkəni cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün artıq lazım olan sənədləri toplamağa başlayıb. Qadın bu haqda güvəndiyi mənbələrdən məlumatlar aldığını deyir: "O insan mənim qızımı çoxsaylı bıçaq zərbələri ilə amansızlıqla öldürüb və buna görə 17 il azadlıqdan məhrum edilib. Amma indi eşidirik ki, Azərbaycan həbsxanasında qalmaq istəmir. Artıq ölkəsinə təhvil verilməsi üçün işə başlayıb. Məqsədi də Türkiyəyə gedib oradan öz adamları vasitəsilə həbsdən qurtulmaqdır. Hətta özü də bunu dilə gətirir, vəzifəli tanışlarının köməyi ilə pul verib azad ediləcəyi barədə ismarışlar göndərir. Ola bilər ki, dediklərimizi iddia kimi qəbul edəsiniz, amma bizə bu məlumatı verən çox ciddi adamdır. Düşünürük ki, bu məsələ indi üzə çıxmasa, sonra gec ola bilər. Çıxıb gedəndən sonra neyləyəcəyik ki? Ona görə indidən qabaqlayıcı tədbirlər görülməsini istəyirəm. Mən qızımın qanının yerdə qalmasını istəmirəm".
Türkan Gündüzün ailəsi hazırda M.Gündüzün Türkiyəyə verilmə məsələsinin reallaşa biləcəyindən narahatdır. Mərhumun hüquqi varisi olan ana eyni zamanda aidiyyəti qurumlara müraciət edərək qızını qətlə yetirənin cəzasını sona qədər ölkəmizdə çəkməsinə nəzarət edilməsini xahiş edir.
Müraciətlə əlaqədar Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Türkiyə Respublikası ilə məhkumların verilməsi "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası çərçivəsində həyata keçirilir: "Konvensiyaya əsasən, məhkumun verilməsi barədə qərar yalnız onun haqqında hökm qüvvəyə mindikdən sonra məhkum olunmuş şəxsin müraciəti əsasında sənədlərin müəyyən dövlətdaxili prosedurlardan keçirilməsindən sonra verilir".
Qeyd edək ki, cinayət hadisəsi 2023-cü ilin yazında baş verib. Türkiyə vətəndaşı Muhammet Gündüz arvadının qətlinə görə bu ilin əvvəlində 17 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Zərərçəkmiş tərəf hazırda cəzanın ağırlaşdırılması üçün kassasiya şikayəti verib. Hələ ki, Ali Məhkəmə işə baxmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
XƏBƏR LENTİ
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb
-
İmişlidə ağır qəza: Ölənlər var
-
“Nvidia”nın rəhbəri xəyanətə görə üzr istədi
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
-
“Yaprak Dökümü”nün aktrisası illər sonra - (Foto)
-
Demet Akalın konserti yarımçıq dayandırdı – Tamaşaçıya elə sözlər dedi ki... - (Video)
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür





