İdman

"Qarabağ"ın "Kəhər"i stadiona buraxılmayıb?

13 Avqust 2025 13:08
Baxış: 595
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" klubunun maskotu "Kəhər"in UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" - "Şkendiya" matçı zamanı polislər tərəfindən stadiona buraxılmaması ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılıb. Hətta videolarda maskotun formasının cırıldığı da qeyd olunub.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev "Kəhər"in stadiona buraxılmaması ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Maskotun geyimi zədələnməyib. Geyimin yan hissələri düyməli olduğundan, həmin düymələr açılıb və geyim maskotun əynindən çıxıb. Polis əməkdaşları ona kömək göstərmək istədikləri zaman, kənardan izləyənlər hadisəni yanlış başa düşüblər. Stadionda olan hər bir azarkeş maskotun oyunun əvvəlindən sonunadək stadionda olduğunu görüb", - deyə A.Hacıyev bildirib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.