Həftəiçi avrokuboklarda bir sıra maraqlı futbol görüşləri keçiriləcək.
Milli.Az xəbər verir ki, "CBC Sport" kanalı avqustun 5-də keçiriləcək "Şkendiya" - "Qarabağ" və avqustun 7-də baş tutacaq "Araz-Naxçıvan" matçlarını canlı yayımlayacaq.
İctimai TV isə "Levski" - "Sabah" matçını göstərəcək.
Türkiyə klublarının qarşılaşmalarına "TRT 1" və "S Sport+" kanallarında canlı baxmaq mümkün olacaq.
5 avqust
UEFA Çempionlar Liqası
Saat 22:00, "Şkendiya" - "Qarabağ" ("CBC Sport")
6 avqust
UEFA Çempionlar Liqası
Saat 23:00, "Feyenoord" - "Fənərbağça" ("S Sport+")
7 avqust
UEFA Konfrans Liqası
Saat 19:00, "Araz-Naxçıvan" - "Omoniya" ("CBC Sport");
Saat 21:00, "Vikinq" - "Başakşəhər" (TRT 1);
Saat 22:00, "Levski" - "Sabah" (İctimai TV).
Milli.Az