İdman

Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı

2 Avqust 2025 22:45
Baxış: 1 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Messinin mühafizəçisi matçlardan uzaqlaşdırılıb.

Milli.Az xəbər verir ki, Lionel Messinin şəxsi mühafizəçisi Yassine Cheuko Liqa Kuboku və MLS matçlarından kənarlaşdırılıb.

Buna səbəb "İnter Mayami" - "Meksika Atlas" matçının sonunda futbolçular arasında baş verən qalmaqaldır. Mübahisə zamanı Lionel Messinin şəxsi mühafizəçisi Yassine Çeuko araya girərək Meksika klubunun iki futbolçusunu itələyib.

"İnter Mayami" matçdan sonra cangüdənin bu davranışına görə cərimələnib.

Nəticədə, Çeuko ABŞ Peşəkar Futbol Liqasının (MLS) matçlarından uzaqlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.