İdman

Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi

1 Avqust 2025 22:32
Baxış: 589
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə keçirəcəyi səfər oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Milli.Az Trend-ə istinadla xəbər verir ki, B qrupunun 3-cü turu çərçivəsində oktyabrın 10-da Karvina şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, U-21 seçmə mərhələnin ilk iki turu çərçivəsində sentyabrın 5-də Barselos şəhər stadionunda Portuqaliya yığması ilə, sentyabrın 9-da isə "Dalğa Arena"da Bolqarıstan seçməsi ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.