Türkiyədə axşam saatlarında Adana şəhərinin Yüreğir rayonundakı Özlər Mahalləsi yaxınlığında yüngül mühərrikli təlim təyyarəsi qəzaya düşüb.
Milli.Az xəbər verir ki, təyyarə xüsusi hava şirkətinə məxsus olub və Kelaynak pistindən qalxdıqdan qısa müddət sonra hadisə baş verib.
Hadisə yerinə dərhal təcili tibbi, yanğınsöndürən və xilasetmə briqadaları cəlb edilib
Qəza nəticəsində pilot Burak Yürekli (39) və təyyarədə olan sərnişin Şeyda Doğan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Adana valisi Yavuz Selim Köşger bildirib ki, hər iki yaralı xəstəxanədə müalicəyə başlayıb və vəziyyətləri ağırdır.
Hadisə ilə bağlı araşdırma işləri başlanılıb. Təyyarənin səbəbləri və qəzada rol oynayan texniki məsələlər araşdırılır.
Milli.Az