Fərqanə Qasımova o ifasını Nigara həsr edib? - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparıcı Lalə Azərtaş sosial şəbəkədə yayımladığı videoda Əməkdar artist Fərqanə Qasımova və Nigar Camal arasında yaşanan qalmaqaldan və xanəndənin atmacalı mahnı parçasından danışıb.
Milli.Az xəbər verir ki, o, Fərqanə Qasımovanın "Qoca kaftar, sənə 15 yaşında qız nə gərək" dediyi videosunun müğənni Nigar Camala ünvanlanmasına münasibət verib.
"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır. Bəzən yaxşılıq etmək istəyirsən, pis don geyindirirlər. 2 ay əvvəl Fərqanə xanıma müraciət etdim və layihəmizə dəstək olsun. Qeyri-hökumət təşkilatları maliyyə ayırıb ki, layihə həyata keçirin. Mən də erkən nikahlarla bağlı çağırış etmişəm. Məşhurları bir araya yığıb video çəkdirmişəm. İndi Fərqanə Qasımovanın "Qoca kaftar, sənə 15 yaşında qız nə gərək" sözünü qarşı tərəfə ünvanlamış kimi qələmə verirlər. Olmaz belə.
Fərqanə Qasımova ustad və sənətkar qızı olmaqla yanaşı, mükəmməl bir xanımın da tərbiyəsini alıb. İndi bu xanım ağzını açıb bir kəlmə deməsin? Heç bir layihəyə dəstək göstərməsin? Bəlkə ifa etdiyi xalq mahnılarındakı sözlərdən də yapışaq? Yetər, bu insanları incitmək".
---------------
2025.08.01
Xəbər verdiyimiz kimi, "Avroviziya" qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal yaşanıb.
Milli.Az xəbər verir ki, xanəndə Nigarın axırıncı sözlərinə mahnıdan oxuduğu parça ilə cavab verib.
O, məşhur mahnınının "Qoca kaftar, sənə 15 yaşlı qız nə gərək?" hissəsini ifa edərək müğənniyə atmaca atıb.
Sosial şəbəkə izləyiciləyicilərinin əksəriyyəti xanəndəyə bu hərəkəti yaraşdırmayıblar. Sənətkar qızının belə qalmaqallarda yer almasını sərt təndiq ediblər.
Xatırladaq ki, sənətçilər arasında qalmaqala səbəb Fərqanə Qasımovanın "Dream Fest"ə qara bodi ilə qatılan Nigar Camalı tənqid etməsi olmuşdu.
Muğam ifaçısı Nigarın bu fotosuna "Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır" şərhini yazmışdı.
Nigar isə öz instaqram hesabında belə qarşılıq vermişdi:
"Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm.
Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyac yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar".
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





