Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı müğənni və model Paris Cekson nişanlısı, prodüser Castin Lonq ilə ayrılıq şayiələrini təsdiqləyib.
Milli.Az xəbər verir ki, nişanlarının pozulmasından cəmi altı ay sonra Paris bu xəbəri şəxsi X (keçmiş Twitter) bloqunda paylaşıb.
Son zamanlar onu göz yaşları içində göstərən paparatsi fotolarına münasibət bildirən Paris şəxsi həyatında dəyişikliklər baş verdiyini açıqlayıb:
"Bunlar ayrılığın göz yaşları idi", - deyə qısa şəkildə yazıb.
Paris və Castin altı ay nişanlı olublar. Onların münasibəti 2022-ci ildə başlayıb və bir neçə il sonra, dekabr ayında nişanlandıqlarını elan ediblər.
O vaxt Paris Lonqu "mükəmməl kişi" və "həyatımda baş verən ən yaxşı şey" adlandırmışdı.
Hətta gəlinlik paltarını seçdiyini, toy məkanını müəyyənləşdirdiyini və mərasim tarixini seçmək üçün astroloqdan kömək aldığını da etiraf etmişdi.
Lakin görünür, bu cütlüyün evliliyi qismət olmayıb. Onlar ayrılıb və hələlik bu qərarın səbəbləri barədə ictimaiyyətə heç bir açıqlama verilməyib.
Cütlüyə yaxın mənbələrin bildirdiyinə görə, bu, qarşılıqlı və çətin bir qərar olub.
Onlar son dəfə bu ilin iyun ayında birlikdə görüntüləniblər - Castin Parisə "Tribeca Film Festivalı"nda premyerası zamanı müşayiət edib.
Lakin iyul ayında Paris artıq barmağında nişan üzüyü olmadan görüntülənmişdi. Ayrılığı rəsmi şəkildə təsdiqlədikdən sonra isə Paris sosial şəbəkələrində Castinlə olan birgə fotolarını silməyə başlayıb.
Maykl Ceksonun qızı haqqında nə bilirik?
Paris pop musiqisinin əfsanəsi Maykl Ceksonun ortancıl övladıdır. Onun böyük qardaşı Prins və kiçik qardaşı Blanket var.
Paris atasının qayğısı ilə böyüyüb və böyüdükdən sonra onun yolunu davam etdirib. Əvvəlcə model kimi fəaliyyətə başlayıb, daha sonra kino sahəsinə keçib.
Gənc yaşlarında narkotik və alkoqol asılılığı ilə mübarizə aparsa da, bu çətinliyi arxada qoymağı bacarıb. Bu il Paris beş illik ayıqlığını qeyd edib.
Kənan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
XƏBƏR LENTİ
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib





