Dünya

Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi

2 Avqust 2025 08:08
Baxış: 520
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Perunun keçmiş prezidenti Pedro Pablo Kuçinskiyə 12 il müddətinə ev dustaqlığı cəzası verilib.

Milli.Az xəbər verir ki, bu barədə "Telesur" telekanalı məlumat yayıb.

Məhkəmə qərarı sabiq dövlət başçısının prezidentliyi dövründə Braziliyanın "Odebrecht" şirkətindən rüşvət alması ilə bağlı cinayət işi çərçivəsində verilib. İttiham tərəfi onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət müqavilələrinin bağlanmasına təsir etdiyini bildirir.

Kuçinski səhhətindəki problemlərə görə 2019-cu ildən bəri artıq ev dustaqlığında idi. Yeni qərarla bu müddət daha da uzadılıb. Onun vəkilləri hökmün ədalətsiz olduğunu bildirərək apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.