İdman

“Əl-Nəsr”də daha bir ulduz futbolçu - FOTO

30 İyul 2025 07:07
Baxış: 930
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Portuqaliya millisinin 25 yaşlı hücumçusu Joao Feliksin transferini rəsmən açıqlayıb.

Milli.Az xəbər verir ki, Joao Feliks London "Çelsi"sindən transfer olunub.

Beləliklə, Joao Feliks "Əl-Nəsr"də millidəki kapitanı Kriştiano Ronaldo ilə komanda yoldaşı olub.

Transferin baş tutmasında Ronaldonun təsirinin çox olduğu haqda xəbərlər də yayılıb.

Mediada yayılan digər məlumata görə, transferin ilkin dəyəri 30 milyon avro olacaq, lakin bonuslarla birlikdə bu məbləğ 50 milyon avroya qədər arta bilər.

Feliks 2024-cü ilin yayında Madridin "Atletiko" klubundan "Çelsi"yə transfer olunmuşdu. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Milan" klubunda keçirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.