İdman

Püşk atıldı, "Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi bilindi

21 İyul 2025 14:34
Baxış: 558
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün İsveçrənin Nyon şəhərində  yerləşən UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az xəbər verir ki, püşk nəticəsində Azərbaycanın bu yarışdakı yeganə təmsilçisi "Qarabağ"ın potensial rəqibi müəyyənləşib.

Ağdam klubu ikinci təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə görüşəcək.

Üçüncü təsnifat mərhələsinin oyunları 5-6 avqust və 12-13 avqustda keçiriləcək.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.