İdman

Güləşçimiz Avropa çempionu oldu

4 İyul 2025 22:37
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.

Milli.Az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kiloqram) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

Zəhra Kərimzadə (72 kiloqram) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.