Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycan Kuboku" minifutbol
turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
"Qərbi Azərbaycan Kuboku" minifutbol turnirinin 26 İyun- Silahlı Qüvvələr Gününə həsr olunan
final matçında "Loru" və "Amasiya" komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən
qarşılaşmada əsas hissə 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə 4:3 hesabı ilə
"Loru" komandası çempionatın qalibi adını qazanıb.
Final qarşılaşmasından sonra ilk olaraq oyunun hakimləri mükafatlandırılıb, sonra isə "Ən yaxşı
oyunçu", "Ən məhsuldar oyunçu" və "Ən yaxşı qapıçı" nominasiyaları qaliblərə təqdim edilib.
Sonra ardıcıl olaraq ilk üç yerin qalibləri olan "Loru", "Amasiya" və "Böyük Qarakilsə"
komandaları müvafiq diplom, medal və xatirə hədiyyələri ilə təltif ediblər. 3-cü yer uğrunda
Böyük Qarakilə FK 6 - 2 hesabı ilə Paşalı FK-ya qalib gəlib.
Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov kuboku turnirin qalibinə
"Loru" komandasına təqdim edib.
Təşkilat komitəsinin üzvü Həsən Həsənov bildirib ki, turnirin məqsədi Qərbi Azərbaycan kökənli
gənclərin sağlam həyat tərzini, onların birliyə və Azərbaycana olan sevgisini daha da artırmağa
nail olmaqdır. Turnirin daha bir məqsədi Qərbi Azərbaycan kökənli gənclərin iştirakı ilə vahid
futbol komandası yaratmaq və gələcəkdə ölkə miqyaslı yarışlarda bölgəni təmsil etməkdir.
Xatırladaq ki, turnirdə Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 18
komanda iştirak edib. Bunlar "Axta", "Allahverdi, "Amasiya", "Basarkeçər", "Böyük Qarakilsə",
"Barana", "Çəmbərək", "Qafan", "Gorus", "Keşişkənd", "Karvansaray", "Loru mahalı", "Hamamlı",
"İrəvan", "Paşalı", "Vedi", "Sərdarabad" və "Zəngibasar" komandalarıdır.
Milli.Az