ABŞ-da təşkil olunan futbol üzrə klublararası dünya çempionatında xoşagəlməz hadisə yaşanıb.
Milli.Az xəbər verir ki, Braziliyanın "Palmeyras" və Misirin "Əl-Əhli" komandaları arasında görüş 62-ci dəqiqədə yarımçıq dayandırılıb.
Buna səbəb hava şəraitinin kəskin pisləşməsi və qasırğa təhlükəsinin yaranması olub.
Azarkeşlərə tribunaları təcili tərk etmək və təhlükəzlik sığınacaqlarına yerləşmək göstərişi verilib.
Oyun yarımçıq dayandırdığı məqamda "Palmeyras" hesabda 2:0 öndə olub.
Matç Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçirilir.
Qaydalara görə, 30 km radiusda qasırğa başlayırsa, tədbirə 20-30 dəqiqə fasilə verilməlidir. Daha sonra oyunun davam edib-etməyəcəyi barədə yekun qərar verilir.
Təşkilatçılar təxminən 50 dəqiqəlik fasilədən sonra oyunun davam etdirilməsinə icazə veriblər. (Offsideplus.az)
Milli.Az