Azərbaycan tarixində ilk dəfə olaraq 2027-ci ildə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.
Milli.Az xəbər verir ki, Qış İdman Növləri Federasiyasının təşəbbüsü ilə Xizək Alpinizmi üzrə Dünya Çempionatının ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) müraciət ünvanlanıb.
Müraciət müsbət qiymətləndirilib və çempionatın Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzində təşkili ilə bağlı qərar qəbul edilib. Yarış artıq ISMF-in rəsmi təqviminə də daxil edilib.
Nüfuzlu beynəlxalq idman tədbiri 2027-ci ilin 28 fevral - 7 mart tarixlərində keçiriləcək. Bu çempionat Azərbaycanın qış idman növləri sahəsində artan potensialını və beynəlxalq arenadakı mövqeyini bir daha nümayiş etdirəcək.
Milli.Az