Ötən mövsüm "Qalatasaray"da icarə əsasında oynamış "Napoli"nin hücumçusu Viktor Osimhenə "Liverpul" "elçi düşüb".
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı nigeriyalının transferində əsas maneə onun maaş tələbləridir. (həftədə təxminən 468000 avro)
Bundan əlavə, "Qalatasaray" da Osimhenin transferində israrlıdır. Ancaq hücumçu Avropanın nüfuzlu klubuna keçməsi üçün maaşında güzəştə gedə bilər.
Qeyd edəki ki, Viktor Osimhen ötən mövsüm bütün turnirlərdə 41 oyunda, 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt"ə görə, oyunçunun dəyəri 70 milyon avrodur.
Hüseyn
Milli.Az