İdman

“Qalatasaray” Musleranın yerinə dünya ulduzunu gətirir

9 İyun 2025 15:21
Baxış: 1 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" qapıçı arayışlarını davam etdirir.

Milli.Az xəbər verir ki. "sarı-qırmızılar"ın gündəminə son olaraq Mark-Andre ter Ştegen gəlib.

Bu barədə Türkiyənin "Sözcü" nəşri məlumat yayıb.

Almaniyalı çərçivə qoruyucusunun "Barselona" ilə münasibətləri pozulub. Katalon klubu onun bu yay klubdan ayrılmağını istəyir.

Qeyd edək ki, Ter Ştegenin onlarla 3 illik müqaviləsi qalıb.

O, 2014-cü ildən bəri "blauqrana"da çıxış edir və hazırda komandanın kapitanıdır.

Əlavə edək ki, Fernando Muslera 14 ilin ardından "Qalatasaray"ı tərk edib. O, sarı-qırmızılı forma ilə 8 dəfə Türkiyə çempionu olub. /Offsideplus.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.