İdman

Ançelotti rəsmən "Real Madrid"dən ayrıldı

23 May 2025 17:24
Baxış: 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid" baş məşqçisi Karlo Ançelotti ilə yolları ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2026-cı ilin iyununa qədər olan müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər.

Madrid klubunun yaydığı açıqlama belədir:

"Klubumuz dünya futbolunun ən böyük əfsanələrindən birinə öz minnətdarlığını və sevgisini bildirmək istəyir. Karlo Ançelotti 123 illik tariximizin ən uğurlu dövrlərindən birini keçirərək komandamıza rəhbərlik edib və üç Çempionlar Liqası, üç Klublararası Dünya Kuboku, üç Avropa Superkuboku, iki İspaniya çempionluğu, iki İspaniya Superkubokunu qazanmaqla klubun ən titullu məşqçisi olub. "Real Madrid"in sükanı arxasında olduğu altı il ərzində 15 titul qazanıb. Klub ona və bütün ailəsinə həyatının bu yeni mərhələsində uğurlar arzulayır".

Milil.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.