Şou-biznes

“Sənətimə "bayağı" deyən qələt edir”

23 May 2025 21:41
Baxış: 1 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Vəfa qalmaqallı açıqlamalar verib.  İfaçı "bayağı" adlandırılmasından danışıb:

"Mənim sənətimə, oxuduğuma, janrıma, çörək qazandığım sahəyə bayağı deyən qələt edir. Başını daşdan daşa döyür. Heç kim bir insanı o tərzdə təhqir edə bilməz. Mən oradan çörək qazanıram, ailəmə çörək gətirirəm və neçə ailə dolandırıam. Belə çıxır ki, hamı bayağıdır? Ay ərzində 20 toya gedirəm, orada 300-500 adam olur, onu 1 il üçün hesablayanda, il ərzində nə qədərə gəlib çıxır. Siz bu qədər insana necə bayağı deyə bilərsiniz? Sizə bayağı desələr, nə deyərsiniz? Təhqir sayarsınız? Bunu özümə də tamaşaçıma da, ailəmə də təhqir sayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.