Ölkə

Bakıda iki marşrutun hərəkət sxemi dəyişdirilir

23 May 2025 21:26
Baxış: 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

Milli.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, 24 may saat 08:00-dan 27 may saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metrostansiyası) və Babək prospekti, 32 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.