Türkiyə

Ağcaqanad 1 yaşlı uşağın həyatını məhv etdi - 6 ildir yataq xəstəsidir - FOTO

23 May 2025 15:43
Baxış: 1 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Eskişehirdə yaşayan 8 yaşlı Mehmet Emir Özbakanın taleyi ağcaqanad sancmasının nə qədər təhlükəli ola biləcəyini bir daha gündəmə gətirib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, təxminən 6 il yarım əvvəl ailəsi ilə birlikdə Afyonkarahisarın Emirdağ rayonuna gedən Mehmet Emiri burada Qərbi Nil virusunu daşıyan ağcaqanad sancıb. Daha sonra o, yatağa məhkum olub.

Hadisə baş verdikdə cəmi 1,5 yaşında olan Mehmet Emir sancmadan sonra yuxuya gedib və oyandıqda bədənində ciddi problemlər müşahidə olunmağa başlayıb. Ağcaqanad sancması nəticəsində beyninə infeksiya yayılan azyaşlı uşaq dərhal müalicə altına alınıb.

İllərdir davam edən intensiv fizioterapiya və müalicələr nəticəsində Mehmet Emir artıq boru ilə qidalanmaqdan xilas olub və bədənində müəyyən hərəkətlər yaranıb. Lakin yenə də tam sağalmadığı bildirilir.

Onun anası N.Ö. oğlunun keçmiş sağlam günlərini xatırlayaraq bunları deyib: "Əmir o vaxt 1,5 yaşında idi, yeriyə bilirdi, danışa bilirdi. Getdiyimiz yerdə onu ağcaqanad dişlədi, yuxuya getdi və sonra oyananda artıq əvvəlki kimi deyildi. İndi 8 yaşı var və 6,5 ilə yaxındır ki, hər gün fizioterapiyaya gedirik. Bu xəstəliyə bir çarə tapmağa çalışırıq" .

Balaca Mehmet Əmirin hekayəsi sadə görünən bir ağcaqanad sancmasının belə ciddi fəsadlara yol aça biləcəyini bir daha göstərir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.